
ABŞ prezidenti Donald Tramp onun siyasətinə etiraz edən məhkəmələrə meydan oxuyarsa, amerikalılar üsyan edəcək.
Milletinsesi.az “Bloomberg”ə istinadən xəbər verir ki, bunu Senatdakı demokrat azlığın lideri Çak Şumer deyib.
“Əgər ictimaiyyət bu qədər qəzəblənsə və hərəkətə keçsə, – hansı ki, biz Demokratlar bunu mütləq edəcəyik, – bu, ölkə daxilində çoxdandır görmədiyimiz kütləvi üsyana səbəb olacaq”, – deyə Şumer bildirib.
Nəşr bildirir ki, Tramp artıq Venesuela dəstəsinin iddia edilən üzvləri üçün deportasiya uçuşları ilə bağlı Amerika liderinin qərarına etiraz edən amerikalı hakim Ceyms Boasberqlə münaqişəyə girib. Agentliyin məlumatına görə, hakim ABŞ hakimiyyətini onun deportasiya uçuşlarının dayandırılması ilə bağlı martın 15-də verdiyi əmrə məhəl qoymamaqda ittiham edib, bundan sonra Tramp Boasberqi impiçmentinə çağırıb və onu “radikal solçu hakim” adlandırıb.
Qeyd edək ki, martın 23-də ABŞ hakimiyyəti 21 venesuelalı miqrantı Quantanamo hərbi bazasına deportasiya edib. Onlar Latın Amerikasının ən böyük cinayətkar qrupu “Tren de Araqua” ilə əlaqədə şübhəli bilinirdilər.
Adəm Abbaslı