
Türkiyəli geoloq Naci Görür Türkiyədə zəlzələ olacağı bağlı xəbərdarlıq edib.
Millətin Səsi.az xəbər verir ki, geoloq bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.
“Diləkli-Yüksəkova, Hakkaridə 5 bal gücündə zəlzələ oldu. Bu zəlzələ Bitlis-Zaqros bölgəsi daxilindədir. Gözlədiyimiz bir zəlzələ idi. 2023-cü il 6 fevral zəlzələlərindən sonra bu zona Şərqi Anadolu ilə Ərəbistan lövhələri arasında sıxıldı. Daha çox zəlzələ gözlədiyimiz bir zonadır”, – Görür bildirib.
Qeyd edək ki, AFAD-ın məlumatına görə, İraqın Ərbil şəhərinin Merqasur rayonunda 11 martda saat 21:03-də 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin 7 kilometr dərinlikdə baş verdiyi bildirilib. Zəlzələ Hakkari, Bitlis və Şırnakın rayonlarında da hiss olunub.