Xələf Xələfov Almaniya səfiri və Höte İnstitutunun rəhbəri ilə görüşdü

Xələf Xələfov Almaniya səfiri və Höte İnstitutunun rəhbəri ilə görüşdü

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Almaniyanın Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemann və Höte İnstitutunun prezidenti Karola Lentzlə görüş keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə səfirin tviter səhifəsində məlumat yayılıb.

 

“Höte İnstitutunun prezidenti Karola Lentz və XİN başçısının müavini Xələf Xələfovun mədəni əməkdaşlıq və bunun gələcəkdə necə daha da genişlənidirilə biləcəyi mövzusunda apardığı çox gözəl müzakirəyə görə təşəkkür edirəm”, – diplomat qeyd edib.

 

Mənbə

Share: