Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Report-a ölən şəxsin oğlu Vüsal Hüseynov məlumat verib.
O bildirib ki, atası, 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:
“Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.