Zəfər Günü Xətai polisi jurnalistin obkyektini blokadada saxlayır

Zəfər Günü Xətai polisi jurnalistin obkyektini blokadada saxlayır

Xətaidə mənə məxsus avtoyuycu haqqında iki ay əvvəl yazmışdım: “Avtoyuyucunun başını dumanlar alıb, sökmək istəyirlər”.

“Duman daha gücləndi, ildırım çaxdı, dolu yağdı, avtoyucunu sel yuyub apardı”.

Bir neçə il əvvəl həmin avtoyucunu yandırdılar, sığortası olmadığı üçün mənə külli miqdarda ziyan dəydi. Yenidən təmir elətdirdim. Xərclədiyim pulu çıxarmamış. “Abad Məhəllənin” gülləsinə tuş gəldim. Dedilər, ya sök, ya müasir formada təmir elə..
Xətainin İcra başçısı əraziyə gələndə yaxınlaşıb xahiş elədim ki, bura ailəmin dolanışıq yeridir, təmir elətdirməyə gücüm çatmır, bəlkə binanın fasadına uyğun rəngləyib…! Bildirdi ki, mümkün deyil, obyektin önü və yan hissəsi müasir standartlara uyğun olmalıdır. Dostlardan borc götürüb, obyekti başçının dediyi kimi təmir elətdirdim. İşin yarısında Xətai polisi işi dayandırdı. İcra hakimiyyətinin xahişindən sonra işi davam elətdirdim.

Yeni şəkli

 

Avtoyuyucu tamam söküldü, yerində tam yeni üslubda obyekt tikildi. Təbbi ki, dostların sayəsində..
Polisə kimsə xəbər verib ki, oranı satmışam. Polis üç gündür ki, obyekti blokadada saxlayır ki, satdlğım adamı onlara göstərim. İçəridə işləyən ustaları da bölməyə aparmaqla hədələyirlər. Belə çıxır ki, polis nə icra başçısını sayır, nə vətəndaşı.. Onların yalnız öz şəxsi maraqları var.. Satsam da kefimdən satmıram ki.. Aldığım borcları qaytarmaq üçün məcbur satacam.

Yəni, avtoyuyucunu “söküləcək, təyinatı dəyişməlidir, səsi vətəndaşı narahat edir” deyə məndən elədilər. O məhəllədə mənim obyektimdən başqa onlara obyekt var. Onların hamısı yalnız fasadını rənglədi. Onun da xərci 500, 1000 manat olar. Mənə isə 30 minə yaxın pul xərcətdilər. İndi nə satmağa qoyurlar, nə təmir elətdirməyə.. Borcumu necə qaytarım?

Dünən polisə deyirəm ki, gedin başqa faydalı işlərlə məşğul olun.. Dövlətin maşınından, formasından istifadə edib, sahibkarın dərisini soymayın.. Deyir ki, bizim üçün ən faydalısı budur.

Fikrləşdim ki, artıq bezmişəm. Sağlamlığımı obyektə hücüm çəkən məmur ordusunun əlindən itirdim. Canımı itirmədən obyekti polisə bağışlayacam.

Ölkəmiz Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti və Rəşadətli Ordumuzun qüdrəti sayəsində Zəfər Gününü qeyd edir. Elə mən də .. Heç kim bunu poza bilməz.. Nə qədər istəyirsiz məni obyekimə buraxmayın.. Zəfər Günümüz mübarək!

Qeyd edim ki, iki il əvvəl də  Cavanşir küçəsində 15 kv/m sahəsi olan, sənədli anbar kimi istifadə etdiyim obyektimi də sökdülər. İndi onun yerində uçurulmuş dəmir dirəklər, yanında isə qanunsuz tikililər gedir..

Asan deyil ee yazmaq; ya qələmi, ya özünü qurban verməlisən. Ya da obyektin xarabalığa çevriləcək..

Əsl reyestr budur..

Talıb Əhədov

Millətin Səsi.az saytının baş redaktoru

Share: