
Dünən Xətai rayonunda şəhid Rəşid Bağırovun abidəsinin açılışı olub.
Millətin Səsi.az xəbər verir ki, tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, ziyalılar və rayonun sakinləri iştirak edib.
Giriş sözü açan Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdüri Pənah müəllim ölkəmizin regionlarında ard-arda ev sahibliyi etdiyi tədbirlərin əhəmiyyətindən danışaraq şəhidlərimizin şanlı həyat yolundan, döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan bəhs edib.
Tədbirdə Rəşid Bağırovun döyüş yoldaşları Rəşidin mənfur ermənilərə qarşı girdiyi döyüşlərdə necə fərqləndiyini; lazım gələndə sürücü, lazım gələndə əlində avtomatla döyüşdüyünü xatırlatdı. Sonra Şəhidin oğlu ictimai fəal Xəyal Bağırov gələn qonaqlara təşəkkürünü bildirərək, atası haqqında maraqlı faktları iştirakçılarla bölüşdü. Tədbirin sonunda Şəhidin ailə üzvləri və qonaqlar xatirə şəkli çəkdiriblər.
Qeyd edək ki, Rəşid Bağırov 1992-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Abidə qoyulan ərazi şəhidin adını daşıyır. Abidənin qoyuluşuna
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev bütün dəstəyini göstərib.
Allah rəhmət eləsin!