Xətaidə sökülən obyekt hansı xanım məmura məxsusdur?-Foto/Video

Xətai rayonu, Cavanşir küçəsində, 24 saylı binanın arxasında tikintisi dayandırılmış ikimərtəbəli, sahəsi 1000 kv.m olan obyekt yüksək gərginlikli kommunikasiya xətlərinin üstündə tikilmişdir.

Milletinsesi.az xəbər verir ki, Xətai rayonunun keçmiş icra başçısı Razim Məmmədovun mövcud sərəncamı əsasında(halbuki orada heç vaxt obyekt mövcud olmayıb)  inşa edilmiş  qanunsuz obyektin  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova məxsus olduğu bildirilir.

Razim Məmmədov Cavanşir küçəsində keçən yüksək təzyiqli istilik və qaz xətlərinin yerinin dəyişdirilməsinə nail olmaq  üçün həmin ərazilərdə yüksək vəzifəli məmurlara torpaq sahəsi “hədiyyə” edərək ,deyəsən onları əməlli başlı “təkərə” salıb. Belə ki, bir neçə gün bundan əvvəl xanım məmura məxsus olduğu iddia edilən obyektin üçüncü mərtəbəsini inşa olunması üçün qurulan apalovka Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən söküldü. Xanım sədr nüfuzu və hörmətinə görə   betonlanmış iki mərtəbəsinin sökülməsi   isə hələ ki dayandırılıb. .

Qeyd edək ki, həmin obyektin 10 metrliyində 2 hektardan çox hasarlanaraq zəbt olunan ərazi isə FHN-nin generalına məxsusdur. Qarşı tərəfin mövqeyini derc etməyə hazırıq.

 

Share: