“Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib

Xəzər dənizinin Səbail rayonu ərazisində sahilə yaxın hissəsində “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milletinsesi.az-a bildiriblər ki, yanğın nəticəsində 50 kvadratmetr sahədə yağ və mazut qalıqları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Əlavə məlumat veriləcək.

Share: