Xəzər dənizinin tarixində ilk: Sualtı fiber optik kabel çəkilir

Xəzər dənizinin tarixində ilk: Sualtı fiber optik kabel çəkilir

Xəzər dənizində Qazaxıstanla Azərbaycan arasında sualtı yüksək sürətli optik-lif kabel xəttinin (VOLS) çəkilişi üzrə layihənin ilkin mərhələsinə start verilib.

Millətinsəsi.Az-ın nur.kz-a istinadla verdiyi məlumata görə, bu barədə “Kazakhtelecom” səhmdar cəmiyyətinin İdarə Heyətinin sədri Baqdat Musin bəyan edib.

Onun sözlərinə görə, tədqiqat işlərinə xüsusi təyinatlı gəmi cəlb olunub. Gəmi Qazaxıstanın Bautino limanından yola düşərək Aktaudan Sumqayıta qədər olan ərazidə dəniz dibinin relyefi, su axınları və torpaq quruluşunu öyrənir.

Məlumatlara əsasən, tədqiqat işləri eyni vaxtda hər iki istiqamətdə – həm Qazaxıstan, həm də Azərbaycan tərəfdən aparılır.

“Bizim tərəfimizdən çəkilən bu kabel Xəzər dənizində tarixdə ilk dəfə sualtı optik kabel olacaq. Bu layihə həm də Asiyanı Avropa ilə birləşdirəcək telekommunikasiya körpüsünə çevriləcək. Kabel vasitəsilə saniyədə 400 terabitədək yüksəksürətli məlumat ötürülməsi mümkün olacaq”, – deyə Musin əlavə edib.

Layihənin 2026-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır. Yeni optik kabel regionun rəqəmsal infrastrukturunu gücləndirəcək və məlumat ötürülməsi üçün alternativ marşrutların formalaşmasına imkan yaradacaq.

 

Share: