Xəzərdə hərbi təlim keçirildi – Video

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına əsasən Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus hissəsində taktiki təlim keçirilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Belə ki, taktiki təlimin əsas məqsədi ilkin mərhələdə qarşıya qoyulan üzən minanın və dəniz hədəfinin artilleriya atışı ilə məhv edilməsi olub. Təlim zamanı gəminin idarə olunması, verilən tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, şəxsi heyətin hazırlıqları bir daha nəzərdən keçirilib.

 

Share: