Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milletinsesi.az-a bildirilib ki, yeraltı təkan ilkin məlumatlara əsasən, yerli vaxtla oktyabrın 22-si saat 00:57-də Qala stansiyasından 152 km şərqdə Xəzər dənizində qeydə alınıb.
Maqnitudası 3,8, dərinliyi 53 km olan zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, ötən gün də Xəzərdə 4,3 bal gücündə zəlzələ baş vermişdi.