Xaçaturyan Paşinyanın qərarını təsdiqlədi

Ermənistan prezidenti Vaaqn Xaçaturyan Vahe Ovanisyanın ölkənin maliyyə naziri təyin olunması barədə qərara imza atıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

 

Bildirilib ki, bununla bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın V.Ovanisyanı maliyyə naziri təyin etməsi barədə qərarı təsdiqlənərək qüvvəyə minib.

 

Qeyd edək ki, V.Ovanisyan bu postda bir neçə gün öncə istefa verən Ambarsum Matevosyanın yerinə baş nazirin müavini təyinatı alan Tiqran Xaçatryanı əvəzləyəcək.

Mənbə

Share: