
TƏBİB Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləməsi ilə bağlı məlumat yayıb.
Qurumdan Modern.az-a bildirilib ki, Xaçmaz rayon Qaraçay-Cek kənd sakinlərinin küçə itlərinin hücumuna məruz qalması nəticəsində 4 nəfər (3-ü qadın, 1-i kişi) xəsarət alıb.
Həmin şəxslər TƏBİB-in tabeliyindəki Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə təxliyə edilib. Onlara dərhal zəruri tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulub.
Həmin şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
11:38
Xaçmaz rayonunda bir ailənin dörd üzvünü it dişləyib.
Modern.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qaraçay-Cek kəndində baş verib.
Kən sakinləri, 1955-ci il təvəllüdlü Gülçöhrə Polad qızı Nuriyeva, 1956-cı il təvəllüdlü Səccarə Əlif qızı Nuriyeva, 1999-cu il təvəllüdlü Novruz Ramiz oğlu Nuriyev və 1986-cı il təvəllüdlü Leyla Mürsəl qızı Poladovanı it dişləyib.
Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara quduzluq əleyhinə peyvənd vurulub.