Xaçmazda dayı və bacıoğlunu elektrik cərəyanı vurdu, ölən var

Xaçmazda bədbəxt hadisə baş verib.

 

Hadisə rayonun Armudpadar kəndi ərazisində qeydə alınıb.

Ərazidə kustar üsulla su quyusu qazmağa çalışan Əhəd Əhədov və bacıoğlusunu elektrik cərəyanı vurub. Nəticədə Ə.Əhədov dünyasını dəyişib, bacısı oğlu Tural Poladov isə xəsarət alaraq Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Mənbə

Share: