Xalq artisti, “M Teatr”ın bədii rəhbəri Vidadi Həsənov əməliyyat olunub.
Bu barədə Bakupost.az-a Xalq artisti özü məlumat verib:
“Bir ay əvvəl sol gözümdə problem yarandı. Demək olar ki, görmürdüm. Müayinə zamanı göz dibində “at nalı qopması” diaqnozu qoyuldu. Dünən əməliyyat etdirdim”.
V.Həsənov bildirib ki, özünü yaxşı hiss edir:
“Bu gün səhər tezdən öz fəaliyyətimlə məşğulam. Özümü çox yaxşı hiss edirəm, sol gözümün görmə qabiliyyəti isə bərpa olunmaqdadır”.