Əsir mübadiləsi prosesində Moskvaya təhvil verilən Rusiyameylli ukraynalı siyasətçi Viktor Medvedçuk yeni planlarından danışıb.
Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Medvedçuk vaxtı gələndə planlarını icra edəcəyini deyib.
“Ukraynada elə insanlar var ki, onlar konflikti dəstəkləmirlər və bütün ukraynalılar anti-Rusiya isterikası mövzusunda həmrəy deyil. Yeni siyasi qüvvə formalaşdıracağam və guya bütün xalqın Zelenskini dəstəkləməsi barədə fikirləri dağıdacağam. Bu hərəkatın gələcəyi Ukraynadakı, Rusiyadakı, Avropadakı milyonlarla insandan – Zelenski ilə razılaşmayan milyonlardan asılıdır”, – deyə Medvedçuk iddia edib.
“Hazırda münaqişə Ukraynaya görə yox, Qərbin maraqlarına görə davam edir. Onlar ölkəni Rusiya ilə qarşıdurma üçün poliqona çeviriblər”, – deyə o söyləyib.