“Bu gün Polad Həşimovun dünyaya göz açdığı gündür. Yaşasaydı, 48 yaşı tamam olacaqdı. Azərbaycan xalqına çox minnətdaram ki, bu gün Poladı unutmur, onun xatirəsini ehtiramla yad edir.
Milletinsesi.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib.
“Xalqımla fəxr edirəm. Azərbaycan xalqı Poladın xatirəsini daim yaşadacaq”, – deyə S.Həşimova bildirib.