“İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə ata bilmərik. Bu sahədə həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
“İctimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu xidmətdə beynəlxalq standartlar tədbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilərn dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək. Eyni zamanda hava limanı və dəmiryolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyinə, xaos vəziyyətin yarandığına, eləcə də “xalturşik” taksi sürücülərinə rast gəlinir. “Özəl “xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər.
Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar. Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar”, – deyə o bildirib.