İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei briqada generalı Əhməd Rza Radanı İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri Komandanlığının yeni komandiri təyin edib.
Modern.az “Mehr”ə istinadən xəbər verir ki, Əli Xamenei şənbə günü verdiyi fərmanla briqada generalı Əhməd Rza Radanın İranın yeni polis rəisi olduğunu bəyan edib.
Digər fərmanla Hüseyn Aştari Hüquq-Mühafizə Qüvvələri Komandanlığının rəhbəri vəzifəsindən azad olunub və ona vəzifədə olduğu müddətdə göstərdiyi xidmətə görə təşəkkür edilib.
Hüseyn Aştari 2015-ci il martın 8-dən polis rəisi vəzifəsində çalışırdı.