2022-ci ilin 23 noyabr tarixində həbs edilən İranın ali rəhbəri Əli Xameneinin bacısı qızı Fəridə Muradxaniyə verilən 15 il həbs cəzası apellyasiya məhkəməsi tərəfindən 3 ilə endirilib.
Modern.az xəbər verir ki, bu barədə F.Muradxaninin vəkili Muhammed Hüseyn Akasi “Twitter” hesabında məlumat paylaşılıb.
Onun sözlərinə görə, bundan əvvəl müvəkkili yurisdiksiya haqqı olmayan din adamlarının xüsusi məhkəməsində mühakimə edilib və 15 il həbs cəzasına məhkum olunub. Amma apellyasiya məhkəməsi onun cəzasını 3 ilə endirib.
Turan