Öldürülən İranın ali dini lideri Ayətullah Əli Xameneinin oğlu Müctəba Xamenei atasının yerinə ən çox ehtimal olunan namizəddir.
Millətin Səsi.az bildirir ki, bu barədə “The New York Times” İran rəsmilərinə istinadən xəbər verib.
Mənbələrinin bildirdiyinə görə, Ekspertlər Məclisi çərşənbə günü səhər tezdən 56 yaşlı Müctəba Xameneyini yeni ali lider elan etməyə hazırlaşıb. Bununla belə, bəzi şura üzvləri belə bir addımın onu ABŞ və İsrailin zərbələri üçün hədəfə çevirə biləcəyindən narahatlıqlarını dilə gətiriblər.
Çərşənbə axşamı İsrail Qumdakı Ekspertlər Assambleyasının ofisinə hücum edib. Bina əvvəlcədən təxliyə edilib və heç kim xəsarət almayıb. NYT-nin məlumatına görə, yeni ali liderin namizədliyini müzakirə etmək üçün görüşlər çərşənbə axşamı səhər və axşam uzaqdan keçirilib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başlayıb.İranın iri şəhərləri, o cümlədən Tehrana zərbələr endirilib. Ağ Ev hücumu İrandan gələn raket və nüvə təhlükələri ilə əsaslandırıb. Zərbələr nəticəsində Xamneyi və İslam Respublikası rəhbərliyinin bir neçə yüksək vəzifəli şəxsi öldürülüb.
İslam İnqilabı Keşikçiləri Korpusu İsraildəki obyektləri hədəf alan cavab əməliyyatı elan edib. ABŞ-ın Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi bazaları da vurulub.


