Beşinci çağırış Milli Məclisin yaşlı deputatlarından olan Xanhüseyn Kazımlının qızı Əsli Kazımova növbədənkənar parlament seçkilərinə qatılacaq.
Milletinsesi.az xəbər verir ki, Ə.Kazımova 80 saylı İmişli-Beyləqan seçki dairəsindən namizədliyini irəli sürüb.
O, sənədlərini DSK-ya ötən gün təqdim edib.
Qeyd edək ki, X.Kazımli birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Milli Məclisin deputatı olub. O, növbədənkənar parlament seçkilərinə namizədliyini irəli sürməyib.