“Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır”

“Xanım həyatı istəyirəm, qadına qulluq lazımdır”

Müğənni Xuraman Şuşalı avtomobil idarə etməkdən şikayətlənib.

Axşam.az xəbər verir ki, sənətçi maşınını satışa çıxardığını bildirib. O qeyd edib ki, tıxaclar onu yorub:

“Maşın sürmək məni yorur. 2004-cü ildən maşın sürürəm. Artıq hiss edirəm ki, xanım həyatı istəyirəm, qadına qulluq lazımdır. Kişi kimi maşın sürmək yox. Arada yollar açıq olanda ləzzətlə sürmək istəyirəm. Tıxacda, stressdə istəmirəm. Maşınımı satırıq. Ayrılmaq istəmirəm. Ətrafda hamı deyir maşını dəyiş, o da məndən küsdü”.

Share: