“Həyatımdan kitab yazılsa, vərəq, mürəkkəb yetməz, film çəkilsə, lent çatmaz”.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Xəzər axşamı” verilişində deyib.
Sənətkar həyatı haqda bunları danışıb: “Həyatımın o qədər keşməkeşli yolları olub ki… Ağır, çətin, şərafətli, şərəfli… Bunların hamısı bir-birini üstələyib, tamamlayıb. Hər zaman Allahıma şükür etmişəm. Bu gün mən ayaqdayam. Hətta verilişinizə biraz qaralardan çıxmış libasdayam. Bunlar hamısı sevginin qarşılığıdır. Tamaşaçıların ovqatını kədərə kökləmək istəmirəm. Onları kədərimə şərik etmək istəmirəm”.
Dostəliyeva bildirib ki, heç bir qadının onun yerində olmasını istəmir: “Xarici görünüşüm, səhnədəki gülüşüm demək deyil ki, mən xoşbəxtəm. Mən xanımları xoşbəxt görmək istəyirəm, amma güclü yox. Xanımlarımızın nəvazişini çəksinlər. Xanımlarımızı bir çiçək kimi qoxlayıb əzizləsinlər. Xanımlar mənim kimi həyat yaşamasınlar”.
Qafqazinfo.az