
Xankəndi-Gorus istiqamətində erməniəsilli mülki vətəndaşların dövlət sərhədindən buraxılış məntəqəsində rəsmiləşdirilməsi prosesi davam edir.
İyunun 10-da buraxılış məntəqəsində çəkilmiş videogörüntünü təqdim edirik.
Videoda sərhəd məntəqəsində vətəndaşların keçidinə hər hansı maneə yaradılmadığı görünür.
Qeyd edək ki, bu il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.