
Xankəndi şəhərində müğənniliklə məşğul olan şəxs həbs edilib.
Millətin Səsi.az Oxu.az-a istinadən xəbər verir ki, əslən Laçın rayonundan olan 1990-cı il təvəllüdlü Adil Məmmədov (adı və soyadı şərtidir) 8 ay əvvəl Xankəndi şəhərinə fəhlə işləmək məqsədilə gedib.
O, şəhər ərazisindəki kafe və restoranlarda müğənnilik etmək təklifi alıb və bu təkliflə razılaşıb. Bu il aprelin 18-də Adil işdən evə gələrkən binanın yaxınlığında “Kalaşnikov” pulemyotunun beş və “Kalaşnikov” avtomatının bir ədəd patronunu tapıb. O, həmin patronları maraq üçün götürərək, yaşadığı mənzildə gizlədib.
Xankəndi Şəhər Polis Şöbəsi əməkdaşları əməliyyat məlumatı əsasında mənzilə baxış keçirərkən həmin patronlar aşkar edilərək götürülüb. Həmçinin onun yaşadığı evdən narkotik vasitələr də aşkar edilib.
A.Məmmədov saxlanılıb və faktla bağlı cinayət işi başlanıb.
Xankəndi Şəhər Məhkəməsinin hökmü ilə A.Məmmədov 7 ay azadlıqdan məhrum edilib.