
Martın 5-də Turşsu-Xəlfəli-Xankəndi yolunda törədilən təxribat zamanı Azərbaycan ordusu tərəfindən üç qondarma separatçı “polis”in zərərsizləşdirilməsindən sonra Qarabağdakı hayklar arasında anti-Rusiya əhval-ruhiyyəsi yenidən güclənib.
Moderator.az xəbər verir ki, bu haqda “Hraparak” məlumat yayıb.
Xəbərdə deyilir ki, Xankəndindəki qanunsuz qeyri-hökumət təşkilatları nümayəndələri “sülhməramlı”ların komandiri Andrey Volkovun istefası tələbi ilə yaxın vaxtlarda “sülhməramlı”ların dislokasiya mərkəzinin qarşısında etiraz aksiyaları keçirmək niyyətindədirlər.
“Qeyri-hökumət sektoru”nun nümayəndəsi və “müxalifətçi” sayılan Tiqran Petrosyan da insidentin Xankəndininlap yaxınlığında baş verməsini əsas gətirərək açıq şəkildə Ermənistan hakimiyyətindən “Artsax xalqını özünümüdafiə məqsədi ilə silahlandırmağı” tələb edib.
Sultan Laçın