Xankəndindəki qiyamçı Araikin və general Samvel Babayanın dostu çıxdı…-“Hraparak”

Xankəndindəki qiyamçı Araikin və general Samvel Babayanın dostu çıxdı…-“Hraparak”

“3 ildir ki, daha çox Moskvanın və xeyli dərəcədə İrəvanın nəzarət etdiyi Xankəndində at izi it izinə qarışıb… Və Kremlin Bakıdakı  “5-ci kalonu” və ya agentura şəbəkəsi…”

 

Xəbər verdiyimiz kimi, Azərbaycana qarşı hərbi əməliyyatlarda iştirak etmiş “səhra komandiri” Karen Matevosyan dünən gecə canlı yayımda Xankəndində milisin- “xalq müdafiə dəstələri”nin yaradılması və “ölkədə vəziyyətin stabilləşməsi üçün hər şeyə hazır olduqları”nı  elan edib.

 

Moderator.az  xəbər verir ki, “Hraparak” nəşri səhər saatlarında qiyamçı komandir barədə yeni  “məlumatlar yayıb. 

 

Məlumatda deyilir ki, “Araik Arutyunyanın dostu olan Karen Matevosyanın başçılıq etdiyi bir qrup milis Artsax parlamentinə soxularaq Davit İşxanyandan hesab tələb etməyə çalışıb”.

 

“İstefa xəbərindən xəbər tutandan sonra Matevosyan cümə axşamı Artsax prezidenti ilə görüşüb, o, təsdiqləyib və deyib ki, heç kim onun tərəfində deyil, hamı onu günahlandırır və s. Ona görə də getmək qərarına gəlib. Matevosyan öz prezidentini müdafiə etmək, deputatları və parlament liderlərini Arutyunyanın yanında olmağa çağırmaq üçün bir qrup milislə birlikdə parlamentə soxulub. Və artıq dünən xalq müdafiə dəstələrinin rəhbəri canlı yayıma çıxaraq Artsax xalqına bildirib ki, o, öz silahlı dəstələri ilə dövlətin hökumətini təşkil etmək və parlament seçkilərini keçirmək məsuliyyətini öz üzərinə götürür”,- deyə erməni nəşri bildirir. 

 

“Hraparak” iddia edir ki, K.Matevosyan eyni zamanda “təhlükəsizlik şurası”nın keçmiş katibi Samvel Babayana da yaxındır və..

 

“Artsaxdakı mənbələrimiz şübhə etmirlər ki, Matevosyan Ermənistan hakimiyyətinə də güvənir. Hazırda Paşinyana Artsaxda xaos və anarxiya sərf edir və Matevosyan ən azı fors-major vəziyyətlərdə hakimiyyəti Samvel Babayana ötürmək üçün aktivləşdirilib. Mənbəmiz deyir ki, Matevosyanla Babayan yaxındır və blokada zamanı Babayanın Artsaxa daxil olmasını məhz Matevosyan təşkil edib”,- deyə Ermənistan qəzeti vurğulayıb.

 

P.S. 3 ildir ki, daha çox Moskvanın və xeyli dərəcədə İrəvanın nəzarət etdiyi Xankəndində at izi it izinə qarışıb… Və Kremlin Bakıdakı agentura şəbəkəsi “sülhməramlı”, “FSB”, “QRU” və separatçılarla birgə Azərbaycanın Yuxarı Qarabağı nəzarətə almasına imkan verməyincə orada hər şey baş verə bilər…

 

Sultan Laçın

 

 

Mənbə

Share: