Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

Bu ilin yanvar-avqust aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2019-cu ilin analoji dövrü ilə müqayisədə 3,6 dəfə azalaraq 1 034,3 min nəfər olub.

Dövlət Statistika Komitəsindən Milletinsesi.az-a verilən məlumata görə, ölkə vətəndaşlarının 31,8%-i İrana, 28,5%-i Gürcüstana, 19,9%-i Rusiyaya, 11,7%-i Türkiyəyə, 8,1%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 69,9%-ni kişilər, 30,1%-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,1 dəfə, Türkiyəyə gedənlərin sayı 3,6 dəfə, Gürcüstana gedənlərin sayı 3,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 3,2 dəfə azalıb.

“2020-ci ilin yanvar-avqust aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 78,6%-i dəmir yolu və avtomobil, 19,1%-i hava, 2,3%-i isə dəniz nəqliyyatından istifadə edib”, – deyə komitədən bildirilib.

Share: