Xaricə gedən qonşusunun həyətində narkotik əkdi

 

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb edilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Milletinsesi .az-a verilən məlumata görə, Ağcabədi RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Fəxrəddin Qasımov saxlanılıb.

Araşdırmalarla F.Qasımovun xaricdə yaşayan qonşusunun həyətyanı sahəsinin sahibsiz olmasından istfadə edərək orada aqroxtexniki qulluqla çətənə bitkiləri yetişdirdiyi müəyyən olunub. Əraziyə baxış keçirilən zaman 46 ədəd çətənə bitkisi və 1 kiloqramdan artıq qurudulmuş marixuanan aşkar edilərək götürülüb. Faktla bağlı Ağcabədi RPŞ-araşdırmalar davam etdirilir.

Mənbə

Share: