Xaricdə doktorantura təhsili almaq istəyənlərin nəzərinə

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2022-ci il üzrə ikinci sənəd qəbulu aparılır.

Bu barədə Milletinsesi.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, proqrama sentyabrın 1-dək müraciət etmək olar. Sənəd qəbulunda nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda müvafiq sahələr üzrə xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsilinə müraciət üçün tələb olunan sənədlərin siyahısı, elan və qeydiyyat linki Elm və Təhsil Nazirliyinin saytında yerləşdirilib. Əlavə sual yarandığı zaman FAQ/MVS və ya [email protected] ünvanına müraciət etmək olar.

Qeyd edək ki, proqram iştirakçılarının təhsili Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilir.

Mənbə

Share: