Türkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 839 min 488 nəfər olub.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb.
Bildirilir ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turdakından 18% çox olub. Belə ki, seçkilərin birinci turunda ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində 1 milyon 839 min 470 səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub.
Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.