Xarici jurnalistlərin Qarabağ səfəri başladı

Azərbaycanda səfədə olan xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə səfəri təşkil olunub.

Milletinsesi.az bildirir ki, jurnalistlər Füzuli şəhərində olublar. Xarici jurnalistlər 2 yaşlı Zəhranın və nənəsinin ermənilər tərəfindən qətlə yetirildiyi Alxanbəyli kəndində olublar.

Gün ərzində 40-dan çox xarici media nümayəndəsi Füzuli və Cəbrayılda işğaldan azad edilmiş ərazilərdəki erməni vəhşiliklərini öz gözləri ilə görəcəklər.

Onlar həmçinin Füzlidə hava limanının tikintisi ilə tanış olacaqlar.

Share: