“Xarici səfərlər üçün maliyyə kifayət etmir”

Torpaqlarımızı azad etdikdən sonra biz Ermənistanla beynəlxalq platformada da mübarizə aparırıq.

 

Modern.az xəbər verir ki, bunu deputat Azay Quliyev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, İnsan hüquqları komitəsinin birgə iclasında deyib.

 

“Xarici platformada çıxış etmək üçün təəssüf ki, maliyyə o qədər də kifayət etmir. Səfərlərimiz zamanı gərək heyətin sayını iki dəfəyə qədər azaldaq. Bu da parlament diplomatiyasının zəifləməsinə şərait yaradır. Eyni zamanda qeyd edilir ki, dövlət büdcəsindən xarici mətbuatda Azərbaycan həqiqətlərinin çatdırılması üçün 10 milyon ayrılır. Bu gün biz informasiya müharibəsində qonşularımıza uduzuruq. Youtube platformasında Azərbaycan həqiqətləri ilə bağlı bir dənə də olsun ingilis dilli kanal yoxdur, amma Ermənistanda belə bir problem yaşanmır. Onlar özləri də bildirirlər ki, Azərbaycana qarşı təbliğatlarını artırırlar, amma biz onlara qarşı güclənmək üçün bu sahədə güclərimizi artırmalıyıq”, – deyə deputat vurğulayıb.

Mənbə

Share: