Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında

Xarici səyyahlar Kəlbəcərdən sonra Laçında

Beynəlxalq səyyahlar qrupunun Laçına səfəri başlayıb.

 

Modern.az xəbər verir ki, Füzuli-Xocavənd-Şuşa-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl-Ağdam marşrutu üzrə hərəkət edən səyyahların növbəti dayanacağı Laçın olub.

 

30 nəfərlik heyətə 12 ölkənin – ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

 

Səfər zamanı səyyahlar Laçın şəhərində aparılan tikinti quruculuq işləri ilə tanış olacaqlar. Həmçinin işğal dönəmində dağıdılan evlər və abidələr barədə onlara məlumat veriləcək.

 

***

10:10

 

Beynəlxalq səyyahlar Kəlbəcər rayonunun Zülfüqarlı kəndində yerləşən İstisuya gəliblər.

 

Modern.az xəbər verir ki, səyyahlara İstisu və işğal dövründə Ermənistanın törətdiyi vandallıqlar haqqında məlumat verilib.

 

 

***

09:38

 

Ondan artıq ölkəni təmsil edən beynəlxalq səyyahlar qrupu işğaldan azad edilən Kəlbəcər rayonuna səfər edib.

 

Modern.az xəbər verir ki, ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya, Rusiyadan olan 30 nəfərlik heyət Kəlbəcər rayonun Zülfüqarlı kənd yerləşən İstisu ilə tanış olacaqlar.

 

Qonaqlar ermənilərin Azərbaycan torpağında törətdikləri vəhşiliklə yerində tanış olacaqlar. 

 

Qeyd edək ki, beynəlxalq səyyahların ötən gün Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Səyyahlar əvvəlcə Füzuli şəhərində, Xocavənd rayonunda, Şuşada, sonra Şuşada, Laçın-Xankəndi yolunda aksiya keçirilən ərazidə olublar.

 

Mənbə

Share: