Rusiya prezidenti Vladimir Putin Rusiya Silahlı Qüvvələrində xarici vətəndaşlığı, xaricdə yaşamağa icazəsi olanların xidmət keçməsinə izacə verən fərman imzalayıb.
1237 saylı fərman Rusiyanın rəsmi hüquq informasiya portalında dərc edilib.
Moderator.az xəbər verir ki, bu barədə “RBK” nəşri məlumat yayıb.
Bugünədək Rusiya ordusunda dinc dövrdə çağırışla yalnız ölkə vətəndaşları qulluq edə bilərdi.
Eyni zamanda, xarici vətəndaşlar müqavilə əsasında əsgər, matros, çavuş və starşina rütbələrində xidmət keçə bilərdilər. İndi də bu imkan saxlanılır.
İndi çağırışla “Rusiya vətəndaşı olan, o cümlədən xarici dövlətin vətəndaşlığı, yaşamaq hüququ və ya xarici dövlətin ərazisində daimi yaşayışı təsdiq edən başqa sənədi olan” əsgər, matros, çavuş və starşinalar qulluq edə biləcək.
Bununla yanaşı, bu fərman üzərindən götürülməyən və ya çəkilməyən məhkumluğu olan və ya istintaq altında olan, həmçinin narkotik üstündə tutulanların xidmət keçmə imkanını məhdudlaşdırır.
Bundan öncə xəbər verilib ki, Putinin imzaladığı fərmanla səfərbərıik zamanı bəzi ağır cinayətlərə görə üzərindən götürülməyən və ya çəkilməyən məhkumluğu olan vətəndaşlar hərbi xidmətə çağırıla bilər.