Xatunun onunla sevgili olduğu deyilir

Xatunun onunla sevgili olduğu deyilir

Müğənni Xatun Əliyevanın duet ortağı Cəzahirlə sevgili olduğu iddia edilib.

Milletinsesi.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda “Elgizlə izlə” verilişində danışıb. O bildirib ki, duet ortağı ilə yalnız işbirlikləri var:

“İlk dəfə deyil ki, belə söz çıxır. Xanımla bəy birlikdə oxuyursa, haqlarında belə sözlər deyilir. Fikirlərinə hörmətlə yanaşıram. Biz isə biznes ortaqlarıyıq. Həkimin, müəllimin şəxsi həyatı olduğu kimi bizim də olmalıdır. Xanım da, bəy də tək yaşamamalıdır. Bunu cəmiyyətdə gözəl şəkildə sevgini yaşayırsansa, gənclərə pis örnək olmursansa, duyğularını cilovlamağı bacarırsan, başqası da sənə hörmət qoymalıdır”.

Share: