Xayme Romeronun son durumunu açıqlandı

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov zədəli futbolçuları Xayme Romeronun son durumunu açıqlayıb.

Ağdam klubunun baş məşqçisi Qol.az-a açıqlamasında bildirib ki, hazırda ispan legioner vətənindı fərdi qaydada məşq edir:

“Onun hələ komanda ilə yüngül məşqlərə başlamasına bir aydan çox vaxt var. Mart ayından kollektivlə çalışa bilər. Daha vacibi odur ki, düzgün müayinədən, müalicədən keçsinlər. Bu yaşda onların öz formalarını yığması üçün düzgün formada işləməsi çox vacibdir”.

Share: