Xerson atəşə tutuldu – 7 ölü, 58 yaralı

Rusiya ordusu bu gün Xerson şəhərinin mərkəzinə zərbələr endirib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, zərbələr nəticəsində 7 nəfər həlak olub.

 

“Hazırda 58 yaralı barədə məlumat var, onlardan 18-nin vəziyyəti ağırdır. 7 nəfər isə ölüb”, – deyə Ukrayna prezident aparatının rəhbərinin müavini Kirilla Timoşenko bildirib.

 

Ukrayna Prezidenti Volodimir Zelenski hücumla bağlı sosial meda hesabında paylaşım edib: “Sosial şəbəkələr çox güman ki, bu fotoları “həssas məzmun” kimi qeyd edəcək. Amma bu, həssas məzmun deyil, Ukrayna və ukraynalıların real həyatıdır. Terrorçu ölkə mülki əhalini atəşə tutur. Bura Xersondur, bu səhər, Milad bayramı ərəfəsində. Bunlar hərbi obyektlər deyil. Bu, müəyyən edilmiş qaydalar əsasında aparılan müharibə deyil. Bu terrordur, qorxutmaq və zövq almaq üçün öldürməkdir”.

Mənbə

Share: