“Səhhətimin pisləşməsi keçirdiyim COVİD-19 xəstəliyinin fəsadının nəticəsidir”
“Saldonun komaya salınması barədə şayiələr müharibədə düşmən tərəfdə birbaşa iştirak deməkdir”
“Kollaborant Vladimir Saldo Ukraynanın Rusiya işğalına dəstək verən dövlət və siyasi xadimidir”
Rusiyanın işğal etdiyi Xerson vilayətinin rəhbəri, kollaborant Vladimir Saldo medikamentoz komaya salınıb, onun vəziyyəti orta ağır qiymətləndirilir.
Millətin Səsi.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.
Məmur dünən xəstəxanaya yerləşdirilib. Əvvəlcə o, Xerson klinikasından Krıma köçürülüb, daha sonra isə xüsusi reyslə Moskvaya aparılıb.
Bu zaman günorta Saldonun “Telegram-kanal”ında belə bir post peyda olub: “Mən həkimlərin məsləhətilə tibbi müayinədən keçməyə razılıq verdim. İlkin dəyərləndirmələrə görə, səhhətimin pisləşməsi keçirdiyim COVİD-19 xəstəliyinin fəsadının nəticəsidir. Halsız olmağıma rəğmən, mən rəhbər postumda aktiv fəaliyyətimi davam etdirmişəm, işgüzar görüşlər keçirmişəm və vilayətdə səyyar tədbirlər həyata keçirmişəm. Bütövlükdə özümü yaxşı hiss edirəm. Həkimlər dinamikanın müsbət olduğunu deyir”.
Saldonun komaya salınması barədə ilk olaraq “Baza” “Telegram-kanal”ı məlumat yayıb. Bundan sonra o, satqınlıqda ittiham edilib.
“Baza” Rusiyanın Ukraynanın nasisit rejiminə qarşı əməliyyatına dəstək verməyib, LQBT ideyalarını yayıb və xarici ölkələr də daxil olmaqla etnik cinayətkar qrupların maraqları naminə fəaliyyət göstərib. Vladimir Saldonun komaya salınması barədə şayiələr müharibədə düşmən tərəfdə birbaşa iştirak deməkdir”, – bunu vilayətin rusiyalı administrasiyası rəhbərinin müavini Kirill Stremousov bəyan edib və, diqqət edin, “xüsusi əməliyyat”ı müharibə adlandırıb.
Öz növbəsində “Baza” yazır ki, həkimlər Saldoya qarşı sui-qəsd edilməsində şübhələnir və onun orqanizmində zəhərin olub-olmamasını yoxlayır: “Qan analizinin nəticələri onun orqanizmində hər hansı zəhərin olub-olmamasını yanız iki gündən sonra aydınlaşdıracaq”.
Məmurun xəstəliyi müddətində onun vəzifələrini Xerson vilayəti “hökuməti”nin sədri Sergey Yeliseyev icra edəcək. Bundan öncə o, FTX-da xidmət edib və Kalininqrad vilayəti hökumətində işləyib.
Vladimir Saldo Rusiya işğalına dəstək verən Ukraynanın dövlət və siyasi xadimidir.
2002-2012-ci illərdə Xersonun meri, sonradan Viktor Yanukoviçin patiyasından Ali Radanın deputatı olub.
2022-ci ilin martında Saldo iddia edib ki, “Xerson Ukraynadır”, amma artıq apreldə o, Rusiyanın nəzarətində olan vilayət administrasiyasının rəhbəri təyin edilib.