
Ukraynanın cənubu ekoloji təhlükədədir…
“Su ilə, raketlərlə, daha nələrləsə Ukraynanı dayandırmaq mümkün olmayacaq…”
“Kaxovka SES partlayışdan sonra tamamilə dağıdılıb və bərpa oluna bilməz…”
“Ukrayna torpağının bircə metrini də düşmənə saxlamaq olmaz, çünki bundan terror üçün istifadə edəcək…”
Kaxovka SES-in bəndinin partladılması nəticəsində Xersonda Korabel mikrorayonu elektrik enerjisiz qalıb.
Moderator.az xəbər verir ki, bu barədə Xerson şəhər hərbi administrasiyasının sədri Roman Mroçko məlumat verib. Məlumatı “unian.net” nəşri yayıb.
O, qeyd edib ki, bir neçə saatdan sonra qaz təchizatı da kəsiləcək. Şəhər sakinlərinə məlumatları izləməyə çağırış edilib. Onun sözlərinə görə, şəhərin təhlükəli yerlərindən təxliyə plan üzrə və təlaş olmadan baş verir. Yerlərdə bütün təxirəsalınmaz xidmətlər işləyir.
Xerson vilayət şurasının rəhbəri Aleksandr Samoylenko bəyan edib ki, bəndin dağılmasından sonra su basmanın pik nöqtəsi saat 11:00-da gözlənilir, su bənddən artıq “yolun yarısını” keçib.
“Ostrov mikrorayonunu həqiqətən qismən su basacaq, biz buna hazırlaşırıq, FHDX tam həcmdə işləyir. Sanitar-epidemioloji rejim xitmətləri də ayağa qaldırılıb, çünki su özü ilə insanların sağlamlığına təsir edə biləcək natəmizlikləri də özü ilə daşıyır”, – o, deyib.
Samoylenko qeyd edib ki, “bütün xəstəxanalar hazır vəziyyətdədir, təlaş yoxdur”.
“Hələ oktyabrın 20-də bu elektrik stansiyanın, bəndin minalanmasının mümkünlüyü barəsində bəlli olub, ona görə də Xerson hakimiyyəti bu gün səhər baş verənlərə hazır olub”, – o, bəyan edib və əlavə edib ki, artıq ilk sutkalardan sonra su axınının azalması proqnozlaşdırılır.
Novaya Kaxovkada “Kazkova Dibrova” zooparkını su basıb. Həmçinin yay kinoteatrı, “Sitadel” kafesini də su basıb. Su uşaq meydançasına və Dneprə paralel olan ilk küçədəki Şevçenkonun abidəsinə qalxıb. Zooparkda heyvanların tələf olduğu barədə məlumat verilir.
Baş bazir Denis Şmıqal Kaxovka SES-in partladılması nəticəsində 80 yaşayış məntəqəsinin su basması təhlükəsi barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, SES-in partladılması həmçinin Ukraynanın cənubu üçün ekoloji fəlakət təhlükəsi törədir.
“Kaxovka SES-in məhv edilməsi Rusiya tərəfindın törədilən terror aktıdır və buna görə tam məsuliyyət daşıyır”, – Ukrayna baş naziri “Telegram-kanal”da yazıb.
“Rusiyalı terrorçular Kaxovka SES-i dağıtmaqla bütün dünyaya sübut edir ki, onlar Ukrayna torpağının hər bir parçasından qovulmalıdır. Onlara bircə metr torpaq da saxlamaq olmaz, çünki bundan terror üçün istifadə edəcəklər. Yalnız Ukraynanın qələbəsi təhkükəsizliyə dönüş olacaq. Və bu qələbə olacaq. Su ilə, raketlərlə, daha nələrləsə Ukraynanı dayandırmaq mümkün olmayacaq”, – bunu Ukrayna prezidenti Vladimir Zelenski vurğulayıb.
Xerson vilayətində yaranmış fövqəladə vəziyyətlə bağlı Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını çağırıb.
Xatırladaq ki, bu gün səhər məlumat yayılıb ki, Rusiya ordusu Xerson vilayətinin işğal edilmiş Novaya Kaxovka şəhərinin bir neçə km-də yerləşən Kaxovka su elektrik stansiyasını partladıb.
“Obozrevatel” nəşri “Telegram-kanal”da məlumat yayıb. Şəhər sakinləri deyib ki, bir partlayış baş verib, bundan sonra “hər şey kart evciyi kimi çöküb”. Onların sözlərinə görə, su artıq Korsunka mərkəzinə çatıb və yaxınlıqda olan rayonlarda hər şeyi yuyub aparır.
“Ukrhidroenergo” şirkəti bəyan edib ki, Kaxovka SES partlayışdan sonra tamamilə dağıdılıb və bərpa oluna bilməz.