Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək axirət aləmində insana fayda verəcəkmi?

Xeyir işlər görüb savabını müqəddəs şəxslərin ruhuna hədiyyə etmək, onların ruhuna çoxlu salavat göndərmək axirət aləmində insana fayda verəcəkmi?

İnsan öz əməllərinin savabını könüllü surətdə başqasına hədiyyə edə bilər. Həmin başqa şəxs müqəddəslərdən də ola bilər. Nəzərə alaq ki, məsum insanlar nəinki bütün vacib əməlləri, hətta müstəhəb işləri də ən kamil şəkildə yerinə yetiriblər. Onların Allah yanında savabı bütün başqa insanların savabından artıqdır. Biz hər hansı əməli nə qədər səmimiyyətlə və qaydalarına uyğun formada yerinə yetirsək də, yenə məsumlar kimi davrana bilməyəcəyik.

Milletinsesi.az islam.az-a istinadən bildirir ki, öz əməllərimizin savabını müqəddəs şəxsə hədiyyə etmək ona deyil, bizə həm dünyada, həm də axirətdə fayda gətirər. Onun bu savaba ehtiyacı yoxdur, amma biz məsum şəxsi sevdiyimizə, dəyər verdiyimizə və öz savabımızı fədakarlıqla ona hədiyyə etdiyimizə görə savab qazanarıq. Necə ki, Peyğəmbərin (s) ruhuna salavat göndərməyin savabı da özümüzə aiddir. Bu yolla biz Allahın Qurandakı əmrini (Əhzab, 56) icra etmiş və Peyğəmbərə (s) sayğımızı göstərmiş oluruq.

Share: