Xilasetmə işlərinə hərbçilər cəlb edildi

Gürcüstanın qərbində baş vermiş torpaq sürüşməsində itkin düşmüş hesab edilən insanların axtarışlarına və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına ordu qüvvələri də cəlb olunublar.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili məlumat verib.

 

Onun sözlərinə görə, bölgədə çox çətin vəziyyət yaranıb. Güclü palçıq kütləsi ciddi problemlər yaradıb. Belə bir vəziyyətdə ordunun köməyindən istifadə etmək vacibdir.

Mənbə

Share: