Ximenes başından əməliyyat olundu

“Vulverhempton”un zədəli futbolçusu Raul Ximenes kəllə sümüyü sınığından əməliyyat olunub.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 29 yaşlı hücumçu ötən gün “Arsenal”la səfər matçında (2:1) David Luislə toqquşma nəticəsində ağır kəllə-beyin travması alıb. Xəstəxanaya aparıldıqdan sonra ona kəllə sümüyünün sınığı diaqnozu qoyulub.

Meksikalı oyunçunun bu gecə Londonda əməliyyat olunduğu bildirilib.

Qeyd edək ki, Ximenes  bu mövsüm 10 matçda  4 qol vurub.

Share: