“Avqust ayının 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qruplaşma təərfindən hücum olub. Onlar səfirlik ərazisinə daxil olarkən vandallıq aktları törədib, dövlət rəmzləri dağıdılıb, orada olan əşyalara xələl gətirilib. Dövlət olaraq biz bunu tamamilə qınayırıq. Biz bunu tamamilə rədd edirik. Bu tamamilə qəbuledilməzdir”.
Milletinsesi.az “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Başda qardaş Türkiyə olmaqla bir çox dövlətlər artıq buna öz etirazlarını bildiriblər. Bütün bu dönəmdə səssiz qalmayan bütün bizim dost dövlətlərə təşəkkürümü bildirmək istərdim”, – nazir vurğulayıb.