XİN-dən Cənubi Koreyaya BAŞSAĞLIĞI 

XİN-dən Cənubi Koreyaya BAŞSAĞLIĞI 

Azərbaycan Xarici İşlər Nazirliyi Koreya Respublikasına başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirlik “Twitter” hesabında paylaşım edib.

 

Paylaşımda deyilir:

 

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

 

Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

Mənbə

Share: