Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı gününü təbrik edib.
Bu barədə XİN-in tviter hesabında paylaşım olunub.
“9 iyul – diplomatik xidmət orqanlarının əməkdaşlarının peşə bayramı günüdür.
Xarici İşlər Nazirliyində və Azərbaycanın xaricdəki 89 diplomatik nümayəndəliyində çalışan həmkarlarımızı ürəkdən təbrik edir, şərəfli və məsuliyyətli işlərində daim müvəffəqiyyətlər arzulayırıq!”, – XİN-in paylaşımında qeyd olunub.