XİN Efiopiyanı təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Efiopiya ilə diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə bağlı bu ölkəni təbrik edib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib:

 

“Bu gün Azərbaycan və Efiopiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Bu münasibətlə Efiopiya hökumətinə və xalqına ən xoş diləklərimizi çatdırırıq. Azərbaycan və Efiopiya arasında strateji əlaqələrin daha da möhkəmlənməsini səbirsizliklə gözləyirik”.

Mənbə

Share: