Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Fəxrəddin Qurbanov vəfat edib.
Modern.az xəbər verir ki, məlumatı XİN Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə təsdiqləyib.
F.Qurbanov 2004-2007-ci illər ərzində Azərbaycanın Kanadadakı səfiri işləyib. Daha sonra Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında, İrlandiya, İslandiya Respublikasında və Danimarka Krallığında fövqəladə və səlahiyyətli səfir vəzifəsini tutub. 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə postundan geri çağırılıb. Daha sonra o, Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfir və Xorvatiyada səfir işləyib.