XİN rəhbərləri mətbuat konfransı keçirir

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnan arasında görüş başa çatıb.

 

Modern.az xəbər verir ki, görüşdən sonra XİN başçıları mətbuat konfransı keçirirlər.

 

Nazirlər konfrans zamanı jurnalistlərin suallarını cavablandıracaq. 

 

Qeyd edək ki, Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonna ötən gün Azərbaycana səfərə gəlib. O daha sonra Ermənistan və Gürcüstana yollanacaq.

Mənbə

Share: